top of page

Azərbaycan nefti hara ixrac olunur?


2020-ci ilin yanvar-may ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən ixrac olunan xam neftin əsas alıcıları Avropa və Asiya ölkələri olub.


Azadpress.az “Report”a istinadən xəbər verir ki, Azərbaycan mənşəli xam neftin ən çox ixrac olunduğu ölkələr siyahısına yenə İtaliya liderlik edib.

Hesabat dövründə bu ölkəyə 2 mln. 337 min 600 ton həcmində Azərbaycan nefti ixrac olunub. İtaliyanın Azərbaycan neftinin ixracında payı 26,2% təşkil edib.


Azərbaycan neftinin ikinci ən böyük alıcısı Çin olub. Belə ki, ilin beş ayında Çin SOCAR-dan 1 mln. 253 min 300 ton Azərbaycan nefti alıb. Azərbaycanın ümumi neft ixracında Çinin payı 14% olub.

Hindistan və Vyetnam SOCAR tərəfindən ixrac olunan Azərbaycan neftinin növbəti ən böyük alıcılarındandır. İlin beş ayında Hindistan 640 min 900 ton (7,2%) Vyetnam isə 518 min 800 ton (5,8%) həcmində Azərbaycan nefti alıb.

Azərbaycan neftinin növbəti ən böyük alıcılarının siyahısı belədir: Yunanıstan 450 min 100 ton (5%), Ukrayna 432 min 200 ton (4,8%), Xorvatiya 428 min 900 ton (4,8%), İsrail 385 min 500 ton (4,3%), Tailand 335 min 200 ton (3,8%), Çexiya 301 min ton (3,4%). Azadpress.az


Comments


bottom of page