top of page

Azərbaycan neftini alan ölkələr-SİYAHI


2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycan 26 ölkəyə 8,937 mlrd. ABŞ dolları dəyərində 27 611 942,34 ton xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edib.


Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycan xam neftinin əsas ixracatçısı İtaliyaya olub. İtaliya Azərbaycandan 4,054 mlrd. dollar dəyərində 11 567 403,37 ton xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları idxal edib. Bu, Azərbaycanın ümumi xam neft ixracının 41,9%-ni təşkil edir.


MDB ölkələri arasında Azərbaycan neftinin idxalında əsas pay sahibi Ukrayna olub. Hesabat dövründə Ukraynaya 267,876 mln. dollar dəyərində 1 023 387 150 ton xam neft məhsulları ixrac olunub. Bu, Azərbaycanın ümumi xam neft ixracının cəmi 3,7%-nə bərabərdir. Ötən ilin noyabr ayında Ukraynaya Azərbaycandan neft göndərilməyib.

2020-ci ilin yanvar-noyabrında Azərbaycan neftinin əsas idxalçılarının siyahısı:

1.İtaliya

2.Çin

3.Xorvatiya

4.Yunanıstan

5.Hindistan

6.İsrail

7.Ukrayna

8.İspaniya

9.Tunis

10.Portuqaliya

11.Çexiya

12.Almaniya

13.Türkiyə

14.Belarus

15.Tailand

16.Vyetnam

17.Böyük Britaniya

18.Fransa

19.Avstriya

20.Malayziya




Comentários


bottom of page