Azərbaycan neftinin qiyməti 45 dolları ötüb


Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,61 ABŞ dolları, yaxud 1,37% artıb.

Azadpress.az "Report"a istinadla xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 45,11 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci ilin aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb

Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.