“Beynəlxalq Ordu Oyunları - 2020” yarışları çərçivəsində keçiriləcək “Tank biatlonu” müsabiqəsində iştirak etmək üçün Azərbaycan hərbçiləri Moskva şəhərinə yola düşüb.
Bu barədə xəbəri Müdafiə Nazirliyi yayıb. Müsabiqə avqustun 23-dən sentyabrın 5-dək keçiriləcək.
Qeyd edək artıq bir neçə ildir keçirilən oyunlarda işğalçı erməni ordusunun hərbçiləri də iştirak edir. Ümumilikdə bu oyunlarda 29 ölkə təmsilçiləri iştirak edəcək. Azadpress.az
Comments