Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşü olacaq


ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü payızın əvvəlində keçirilə bilər.

Azadpress.az xəbər verir ki, bu barədə “RİA Novosti” Rusiya Xarici İşlər Nazirliyindəki (XİN) mənbəyə istinadən məlumat yayıb.

“Hazırda əsas məsələ Ermənistan-Azərbaycan sərhədində qalmaqda olan gərginliyi azaltmaq və ATƏT-in Minsk Qrupu çərçivəsində diplomatik həll yollarını aktivləşdirməkdir”, - deyə mənbə vurğulayıb.O, görüş yerinin hələ müəyyən edilmədiyini qeyd edib.

Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.