Azərbaycan və Türkiyə ordusu birgə təlimdə -VİDEO


Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin birinci mərhələsi keçirilir.

Bu barədə Azadpress.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Plana uyğun olaraq mövcud vəziyyət qiymətləndirilir, döyüş tapşırıqları dəqiqləşdirilir, real şəraitdə ərazinin kəşfi aparılır.

Müvafiq məruzələr dinlənildikdən sonra, təlimə cəlb edilən qoşunların qəbul olunan qərara əsasən tətbiqi üzrə tapşırıqlar ərazidə aydınlaşdırılır.

Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.