Azərbaycan vətəndaşı səhvən Ermənistana gedib


Ermənistan mətbuatı 26 yaşlı Azərbaycan vətəndaşının bu ölkəyə keçməsi barədə məlumat yayıb.

Məsələ ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) "Report"un sorğusuna cavab olaraq bildirib ki, BQXK aidiyyəti qurumlarla əlaqə saxlayır.


"Bildiyiniz kimi, münaqişə nəticəsində saxlanılan şəxslərə baş çəkmək, onlarla rəftarı və onların saxlanma şəraitini monitorinq etmək, həmçinin bu şəxslərə ailə əlaqələrini bərpa etmək üçün şərait yaratmaq, neytral humanitar təşkilat olan BQXK-nın mandatına aiddir", - deyə qeyd edilir.

Qeyd edək ki,erməni mətbuatında Azərbaycan vətəndaşının səhvən Ermənistan ərazisinə keçdiryi məlumatı da yer alıb.

Azadpress.az

Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.