"Azərbaycan vurucu gücə çeviriləcək" - Türk mediası


Erməni silahlılarının Azərbaycanın Tovuz rayonuna hücum etməsindən sonra, qardaş ölkə Azərbaycanın yanında yer aldığını ilk gündən bəyan edən Türkiyə prosesləri yaxından izləyir.


Avropa.info Türkiyənin "Yeni Akit" qəzetinə istinadən xəbər verir ki, rəsmi Bakının Türkiyə istehsalı olan pilotsuz döyüş aparatları (SİHA) alması gündəmdədir. Azərbaycanın Türkiyə SİHA-larını almağa yönəlik addımlarını dəyərləndirən türk mütəxəssislər, bu addımın bölgədə bütün tarazlığı dəyişdirəcəyini bildiriblər.

Müdafiə Sənayesi araşdırmaçısı Kadir Doğan Azərbaycanın Türkiyədən SİHA alacağı təqdirdə, bunun həm Azərbaycan, həm də Türkiyə üçün xeyirli bir addım olacağını deyib.

"Bu platformlara biz "insansız sistemlər" deyirik. Bu sistemlərin digər sistemlər ilə inteqrasiyasının yaxşı bir şəkildə həll edib, birgə fəaliyyət qabiliyyəti qazandırıla bilinirsə o zaman avantajını görə bilərik. Türkiyənin son dönəmlərdəki qalibiyyətlərinin ardında bu imkanı gözəl bir şəkildə istifadə edə bilməsi var.

Azərbaycan Türkiyə SİHA-ları alarsa, bu həm Ankara, həm də Bakı üçün qazanclı bir addım olar. Bunun Türkiyəyə maddi gəlir qazandırması ilə yanaşı əsas qazancımız texnik baxımdan ola bilər. Bu kimi silahlardan nə qədər çox ölkəyə satılarsa, məhsulunuz ilə bağlı o qədər geriyə informasiya alma imkanınız olur. Bu da silahınızın daha da inkişaf etməsinə səbəb ola bilir.

Azərbaycana xeyrini məsələsinə gəlincə, Azərbaycan Silahlı Qüvvələrinin "Bayraktar TB2" və ya "ANKA-S" aparatlara sahib olması həm pisxoloji, həm də texnik baxımdan ciddi qazancın olması kimi açıq bir gerçəkdir. "TB2" və "ANKA-S" kimi milli döyüş aparatlarımız başda Suriya və Liviya olmaqla həyata keçirdikləri başarlı əməliyyatlarla beynəlxalq səviyyədə pisxoloji faktora çevrildi. Bu silahlar Azərbaycana Ermənistan və dəstəkçiləri üzərində pisxoloji üstünlük verə bilər ki, döyüş sahəsində pisxoloji faktor çox önəmlidir.

Texnik baxımdan isə bu silahlar Azərbaycanı vurucu bir gücə çevirəcək. Bu silahlara sahib olma çevik qərar verib, tez bir şəkildə vəzifəni yerinə yetirməkdir ki, bu da Azərbaycana çox böyük xeyir verəcək" - Kadir Doğan belə deyib. Azadpress.az

Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.