top of page

Azərbaycana ekoloji təmiz avtomobillərin idxalı stimullaşdırıla bilər


"Azərbaycanın avtomobil parkı əsasən köhnədir. Amma biz düşünürük ki, maşınların qiymətləri və insanların alıcılıq qabiliyyəti nəzərə alınmalıdır".

“Report”un məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev 2020-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş tədbirdə bildirib.

"Bizim fikrimiz odur ki, ölkəyə sağlamlığa ziyan vurmayan, ekoloji təmiz, yeni nəqliyyat vasitələri gətirilsin. Bununla bağlı hökumətdə müzakirələr gedir, müəyyən çalışmalar var", - o deyib.

Azadpress.az


Comments


bottom of page