top of page

Azərbaycanda şəhər mərkəzində ayı görünüb


Bu gecə saat 4 radələrində Şəki şəhərinin mərkəzində qonur ayının hərəkət etdiyi müşahidə olunub. 

Bu barədə "Report"a Şəki Regional Ekologiya İdarəsindən məlumat verilib. 

Bildirilib ki, idarənin əməkdaşları polislə birgə ayının insanlar üçün təhlükə yaratmaması üçün tədbirlər görür, onun vəhşi təbiətə qaytarılması üsulları nəzərdən keçirilir:

"Vətəndaşlardan xahiş edilir ki, ehtiyatlı olsunlar, ayının müvəqqəti təcrid edildiyi Axundzadə prospektinin 20 Yanvar küçəsi ilə kəsişdiyi əraziyə yaxınlaşmasınlar". Azadpress.az

Comments


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page