
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 135 yeni yoluxma faktı qeydə alınıb, 127 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azadpress.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 36309 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33703 nəfər müalicə olunaraq sağalıb, 531 nəfər vəfat edib, aktiv xəstə sayı 2075 nəfərdir.
Comentarios