top of page

Azərbaycandakı Amerika Ticarət Palatasında "Yol xəritəsi" təqdim olunub


Cavid Axundov- Yol xəritəsinin təqdimatı

Azərbaycandakı Amerika Ticarət Palatası (AMCHAM) növbəti işgüzar dialoq təşkil edib.

Tədbirin əsas məruzəçisi ISR Holdinqin layihələr üzrə meneceri Cavid Axundov və DGK Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi Səməd Qaralov oldular.

AMCHAM-ın icraçı direktoru Gülnarə Aslanbəylinın təqdimatı ilə baş tutan konfransda Azərbaycanda eko- sistemin yaxşılaşdırıması, Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin populyarlaşdırılması mövzularında maraqlı diskusiya oldu.

İSR Holdinqin layihələr üzrə meneceri Cavid Axundov "Azərbaycanda ekoloji təmiz nəqliyyat vasitələrinin istifadəsinin stimullaşdırılması və genişləndirilməsi ilə bağlı" özəl sektorun yol xəritəsini təqdim edib.

DGK Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi Səməd Qaralov isə dövlətin bu sahədə gördüyü və görəcəyi işlər barədə ətraflı məlumat verərək, iştirakçıların suallarını da cavablandırıb.

Konfransdakı dialoqda dövlət, diplomatik və korporativ üzvlər fəal iştirak ediblər.İştirakçıları maraqlandıran suallar ətrafında geniş müzakirələr aparılıb.



AMCHAM-ın icraçı direktoru Gülnarə Aslanbəyli


Comments


bottom of page