Azərbaycanlıların yaşadığı kənd təcrid olundu


Gürcüstanın Qardabani rayonunun azərbaycanlılar yaşayan Qaracalar kəndi koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə tam təcrid olunub.

Azadpress.az xəbər verir ki, kəndə giriş-çıxış bağlanıb.

Digər iki kənd – Qaratəhlə və Ağtəhlə kəndləri ilə bağlı analoji qərar hələ qəbul olunmayıb.

Qeyd edək ki, son günlər Qardabaninin kəndlərində COVID-19-a yoluxma halları artıb.

(Report)

Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.