top of page

Azərbaycanlıya hücum edən ermənilər tutulub



Moskvada azərbaycanlıların restoranına hücum edən ermənilər saxlanıb.


Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhər üzrə Baş İdarəsinin Cənub-Şərqi İnzibati Dairəsi üzrə Daxili İşlər İdarəsində ölkə paytaxtının hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.


Azadpress.az “Report”a istinadən xəbər verir ki, tədbirdə Cənub-şərq inzibati dairəsi üzrə Daxili İşlər idarəsini rəisi, general-mayor Sergey Karpov çıxış edib.


O, çıxışında qeyd edib ki, ermənilərin azərbaycanlıya məxsus "1001 gecə"restoranına hücumu ilə bağlı cinayət işi qaldırılıb. Hücumun iştirakçıları və bu təxribatın təşkilatçıları saxlanıb və onlara qarşı cinayət işi qaldırılıb. Azadpress.az

Commentaires


bottom of page