top of page

AZTV-də son döyüş olacaq


AzTV-də Xocalı soyqırımı ilə bağlı növbəti sənədli film.


Azərbaycan Televiziyası Xocalı  faciəsinin ildönümü ilə əlaqədar daha bir sənədli film

çəkib.



“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Sosial

media və ictimaiyyətlə əlaqələr şöbəsindən Azadpress.az-a verilən  məlumata görə, “Son döyüş ” adlı

sənədli filmdə  Xocalıda 3 nəfərdən ibarət  bir ailənin öz evini ermənilərdən

qəhrəmancasına qorumasından və düşmənə qarşı mübarizələrindən  bəhs olunur.


Ailənin  son nəfəslərinə kimi döyüşməsi həm də Azərbaycan xalqının həmin illərdə

düşmənlə  təkbaşına, heç kimdən dəstək almadan apardığı mübarizəni simvolizə edir.

Sənədli filmdə  göstərilir ki, döyüş nəticəsində əvvəlcə ata, sonra ana şəhid olur. Ailənin

tək övladı olan balaca oğlan isə sağ qalır. Bu oğlan və ümumilikdə Xocalıda sağ qalan

digər uşaqlar söz verirlər ki, gələcəkdə Qarabağı işğaldan azad edəcəklər.

Sənədli filmdə Vətən müharibəsində şəhid olan Xudayar Yusifzadənin ifasına da yer

verilib.

İdeya  müəllifi Ziya Ağa, ssenari müəllifi İlqar Fəhmi, quruluşçu rejissoru  Vüsal  Hacı 

Qadir  olan sənədli filimin  quruluşçu operatoru Anar Dadaşovdur.

Sənədli filmdə Azər Həsənov, Fərhad Səmimi, Xuraman Nicat və Muxtar Baxşəli kimi

aktyorlar yer alıb.

“Son döyüş”  fevralın  27-si  saat 21:30-da AzTV-də yayımlanacaq.

Commentaires


bottom of page