top of page

AzTV Macarıstan televiziyaları ilə əməkdaşlıq edəcək



Macarıstanın ölkəmizdəki səfirliyi “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC ilə əməkdaşlığı genişləndirmək niyyətindədir. 


AzTV-nin Beynəlxalq Əlaqələr Departamentindən verilən məlumata görə, Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyi bu məqsədlə

televiziyanın sədri Rövşən Məmmədovla görüşüb. Görüşdə əməkdaşlığa dair

müzakirələr aparılıb və müxtəlif təkliflər səsləndirilib. Səfir AzTV ilə əməkdaşlığı daha

da dərinləşdirməklə bağlı  Macarıstan xarici işlər və ticarət naziri Peter Siyartodan

tapşırıq aldığını deyib. Bildirib ki, Bakıda olarkən Azərbaycan Televiziyasının qonağı

olan nazir ölkəsinə yüksək təəssüratla qayıdıb və Azərbaycanın birinci kanalı ilə

əməkdaşlığın aktivləşdirilməsi üçün səfirliyə müxtəlif təkliflər hazırlamalarına dair

göstəriş verib.

Görüşdə Macarıstanın “MTVA” və “Duna” televiziya kanalı ilə AzTV arasında 17 iyul

2020-ci ildə imzalanan müqavilənin bütün şərtlərinin həyata keçirilməsinin vacibliyi

vurğulanıb. Təcrübə, sənədli və bədii film mübadiləsinin aparılması istiqamətində

konkret addımların atılacağı diqqətə çatdırılıb.

Rəhbərlik etdiyi televiziyaya göstərilən diqqətə görə təşəkkürünü bildirən sədr

R.Məmmədov AzTV-nin beynəlxalq əlaqələri genişləndirmək istiqamətində səylə

çalışdığını və artıq dünyanın bir çox nüfuzlu kanalları ilə sıx münasibətlər qurmağa

müvəffəq olduğunu deyib. Qeyd olunub ki, Azərbaycanın beynəlxalq aləmdə təbliği

məqsədilə son 2 ildə AzTV dünyanın 7 aparıcı televiziya şirkəti ilə rəsmi əməkdaşlığa

başlayıb.


Comments


bottom of page