Azərbaycanın Xalq artisti, tanınmış teatr, kino və televiziya rejissoru Ramiz
Həsənoğlunun 75 illik yubileyi ilə bağlı film çəkilir.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, bu,
R.Həsənoğlunun yubileyinə Azərbaycan Televiziyasının hədiyyəsidir.
Şərti adı “Uzun yolun bələdçisi” olan filmin rejissoru Elnur Məmmədov, ssenari
müəllifi isə Afaq Vasifqızıdır.
Filmdə Ramiz Həsənoğlunun bir zamanlar TV-də, teatrda, kinoda yaratdığı obrazlar –
topal Teymur, Salman bəy, Zəhra xalaqızı, Müşkünaz xanım, Mirzə Fətəli bir araya
gələcəklər. Lakin bu dəfə yeni ampluada.
Rejissorun ən yadda qalan qəhrəmanlarını elə onları yaradan aktyorlar – Cahangir
Novruzov, Afaq Bəşirqızı, Məbud Məhərrəmov, Elman Rəfiyev, Hacı İsmayılov, Dilarə
Əliyeva, Rasim Balayev, Məmməd Səfa, İlham Namiq Kamal və digərləri
canlandıracaq.
Ramiz Həsənoğlunun həyatından da parçaların nümayiş olunacağı filmin çəkilişləri
hazırda davam edir.
Məlumat üçün bildirək ki, R.Həsənoğlu 13 aprel 1946-cı ildə anadan olub.
Comments