top of page

AzTV yeni layihəyə başlayır:“Mən də əsgərəm”



“Mədəniyyət” kanalının “Mən də əsgərəm” layihəsi bizim yeni layihəmizdir. İyul hadisələri ilə bağlı kollektiv olaraq bu layihəni həyata keçirmək qərarına gəldik.


Azadpress.az xəbər verir ki,“Mədəniyyət” kanalının direktoru, politoloq Ramil Qasımov APA-ya müsahibəsində belə deyib. Ramil Qasımov Ermənistanın son sərhəd təxribatı məsləsinə toxunub:

"Hər bir azərbaycanlı vətənpərvəlik mövzusunda olan məsələlərə münasibət bildirməlidir. Bizim xalqımız ədalətli, humanist, ürəyiaçıq xalqdır. Biz öz torpaqlarımızı istəyirik. Bizim işğal altında olan torpaqlarımız tezliklə azad olunmalıdır və olunacaq da. Biz kiminsə torpağını istəmirik. Axırıncı hadisələrdə hər bir azərbaycanlı o gün həm şəhidlərini yad etdi, eyni zamanda, öz vətənpərvərliyini göstərdi. Həm də bunu göstərdi ki, xalq dövlətlə birdir, xalqın gücü birdir. Ona görə də fürsətdən istifadə edib bir mədəniyyət işçisi kimi öz təşəkkürümü bildirirəm. Ermənilər bilməlidir ki, biz heç bir zaman bununla barışmayacağıq. Onlar bilməlidir ki, bizə məxsus olan torpaqlarımız tezliklə qayıdacaq. “Mədəniyyət” kanalının “Mən də əsgərəm” layihəsi bizim yeni layihəmizdir. İyul hadisələri ilə bağlı kollektiv olaraq bu layihəni həyata keçirmək qərarına gəldik.

“Mən də əsgərəm” layihəsində mədəniyyət sahəsində çalışan həmkarlarımız - müğənnilər, rəssamlar, aktyorlar, fotoqraflar, heykəltaraşlar, şairlər vətənpərvərlik mövzusunda öz bacarıqlarını bizə təqdim edir. Biz də bunu kanal vasitəsilə geniş kütləyə çatdırmaq istəyirik. Vətən sevgisi hər zaman qəlbimizdədir. Ola bilər ki, biz qışqırmayaq, ucadan “Vətən, mən səni sevirəm” deməyək, biz onu əməllərimizdə, işimizdə, mədəniyyətimizdə göstərməliyik. Şərt deyil ki, incəsənət xadimləri əllərinə silah alıb getsinlər müharibədə, səngərdə vuruşsunlar. Onlar öz xidməti sahəsində mədəniyyətin keşikçiləri olmalıdılar. Bu mədəniyyət bizimdir. Bu mədəniyyəti biz, çağdaş, müasir dövrdə fəaliyyət göstərən hər bir mədəniyyət xadimi qorumalıdır"

bottom of page