top of page

Azərbaycan və erməni hərbçiləri müştərək oyunlara qatılacaq


“Beynəlxalq Ordu Oyunları - 2020” yarışları çərçivəsində keçiriləcək “Tank biatlonu” müsabiqəsində iştirak etmək üçün Azərbaycan hərbçiləri Moskva şəhərinə yola düşüb.


Bu barədə xəbəri Müdafiə Nazirliyi yayıb. Müsabiqə avqustun 23-dən sentyabrın 5-dək keçiriləcək.

Qeyd edək artıq bir neçə ildir keçirilən oyunlarda işğalçı erməni ordusunun hərbçiləri də iştirak edir. Ümumilikdə bu oyunlarda 29 ölkə təmsilçiləri iştirak edəcək. Azadpress.az

bottom of page