top of page

Azərbaycan və Ermənistan sərhəd -gömrük məsələsini müzakirə edib



Azərbaycan, Rusiya və Ermənistan üçtərəfli İşçi Qrupunun ilk iclası keçirilib.


Azərbaycan Respublikası Baş nazirinin müavini Ş.A.Mustafayev, Ermənistan Respublikasının Baş nazirin müavini M.Q.Qriqoryan və Rusiya Federasiyası Baş nazirinin müavini A.L.Overçukun iştirakları ilə Moskvada üçtərəfli İşçi Qrupunun ilk iclası keçirilib.


İclas zamanı Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası Baş nazirinin və Rusiya Federasiyası Prezidentinin 9 noyabr 2020-ci il tarixli Bəyanatının 9-cu, həmçinin 11 yanvar 2021-ci il tarixli Bəyanatın 2, 3, 4-cü bəndlərin icrasından irəli gələn birgə işin əsas istiqamətlərinə baxılıb.


Tərəflər aşağıdakı ekspert qruplarının yaradılması barədə razılığa gəliblər:


- dəmir yolu, avtomobil və qarışıq daşımalar üçün;


- təhlükəsizlik, sərhəd, gömrük, sanitariya, baytarlıq, fitosanitar və digər nəzarət növləri daxil olmaqla nəqliyyatın təmin edilməsi məsələləri barədə.


Tərəflər həmçinin mütəxəssis alt qruplarının formalaşdırılmasını 2 fevral 2021-ci ilə qədər tamamlamağa və onların ilk görüşlərini 5 fevral 2021-ci il tarixinədək keçirməyə razılaşıblar.


Üçtərəfli İşçi Qrupunun növbəti iclasının Moskvada keçirilməsinə qərar verilib. Tarix həmsədrlər tərəfindən iş qaydasında razılaşdırılacaq. Azadpress.az


bottom of page