top of page

Azərbaycana avtomobil idxalı azalıb


Bu ilin yanvar-fevral aylarında Azərbaycana dəyəri 5 250.78 min ABŞ dolları olan 1 042 ədəd daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri gətirilib.

“Margin.az” Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin yanvar-fevral aylarının göstəricisinə nisbətən müvafiq olaraq 1 429.97 min ABŞ dolları və 231 ədəd azdır.

Hesabat dövründə ölkəyə dəyəri 474.61 min ABŞ dolları olan 10 ədəd yalnız elektrikli mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitəsi gətirilib.

Azadpress.az



bottom of page