top of page

Azərbaycanda yoluxma azaldı-Son sutkada 193 nəfər


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 193 yeni yoluxma faktı qeydə alınıb, 492 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.


Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.


İndiyədək ölkədə ümumilikdə 33 103 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 28 840 nəfər müalicə olunaraq sağalıb, 476 nəfər vəfat edib, aktiv xəstə sayı 3 787 nəfərdir.Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 883, ötən müddət ərzində isə ümumilikdə 759 129 test aparılıb. Azadpress.az

bottom of page