Bəhram Bağırzadə xəstəxanadan foto paylaşıb





Koronavirusdan müalicə alan Əməkdar artist Bəhram Bağırzadə uzun müddət sonra instaqramda paylaşım edib.


Musavat.com xəbər verir ki, məşhur aktyor xəstəxanadan foto yerləşdirərək ona dəstək olan hər kəsə təşəkkürünü bildirib və “Hələ ki, çəkə bildiyim bu qədər oldu” şərhini yazıb.


Qeyd edək ki, iyunun 13-də Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinə köçürülən aktyorun ağciyər toxumasının 90%-dən çox zədələndiyi bildirilmişdi.

Azadpress. Az

Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.