Bəhram Bağırzadə yoluxması haqqında açıqlama verdi


Koronavirusa yoluxduğu haqqında xəbər yayılan əməkdar artist Bəhram Bağırzadə sosial şəbəkədə açıqlaması ilə hər kəsi təəccübləndirib.

Azadpress.az xəbər verir ki, Bəhram Bağırzadə haqqında yayılan məlumatları təkzib edib:

“Bəyaz səhranın ağ günəşi” filmindəki ifadəni xatırlayırsınız? Bax, indi mənə öz ölkəmə görə ayıb deyil, çünki ana və vətəni seçmirsən, normal adam, qadın, ya kişi fərqi yoxdur, vətənini sadəcə sevir və onun problemlərinə görə ürəyi yanır. Mən, artıq bundan sonra böyük təəssüflə keçmiş adlandıracağım bəzi dostlarım və vətəndaşlarımıza görə utanıram. Əsl dost nə edir? O gəlib kömək edir, əgər gələ də bilmirsə, heç olmasa zəng edib, dəstəyini ifadə edir. Bəs, əsl dost səni diri-diri basdırıb, camaatı dəqiq ünvan və vaxt göstərməklə cümə axşamı yas məclisinə dəvət edirsə? Adamın temperaturunun qalxması hökmən onun koronavirus olduğu deyil ki.Ya əgər mənim beşinci nöqtəmdə civzə çıxıbsa, bu o demək deyil ki, məndə zöhrəvi xəstəlik var. Bu assosiativ sıranı uzada bilərəm, amma ehtiyac yoxdur".

O, COVID-19 diaqnozuna görə gizli danışıqlar apardığı barədə iddialara sərt reaksiya verib: "Məni “o dünyaya göndərənləri” bağışlayıram. Amma mənə korona ilə bağlı mifoloji müqavilələrə qoşulduğumu deyənləri yox! Mən reklamda çəkilə bilərəm, çünki aktyoram və bu da peşəmin bir parçasıdır. Mən birbaşa efirlər apara bilərəm, çünki bu da peşəmin bir parçasıdır. Lakin mən fərqi yoxdur, taclı- tacsız koronavirusun reklamı ilə məşğul olmaram. Bunu mənə yaxmağa çalışanların ata, ana, bacıları ola bilsin ki, bu yolla pul qazanırlar. Bu, onların seçimidir və əgər doğrudan da, belə edirlərsə, mənim onlara yazığım gəlir. Mən minlərlə həyatı aparan ölüm və xəstəlik yayan heç bir şeylə alver edə bilmərəm. Bu, mənim şüurlu seçimimdir.

Mənə dəstək verən hər bir kəsə sağ ol deyirəm. Xüsusilə də, öz əsl simasını göstərənlərə. Allaha minnətdaram ki, o bir daha yeni sabahların açılması üçün önümü açdı. Hamıya möhkəm can sağlığı və səbr arzu edirəm!" Azadpress.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.