Başından xəsarət alan sənətçi: “Ermənilər 5000 nəfər, biz 50 nəfər idik"


“Ermənilər 5000 nəfər, biz 50 nəfər idik.  Bizə hücum etdilər, döyüldük, xəsarət aldıq. Amma yenə olsa, yenə yürüşə gedərəm”. 


Bu sözləri Los Ancelesdə yaşayan, orada aktrisalıq təhsli alan azərbaycanlı müğənni Səbinə Əsgərova deyib. O, ermənilər tərəfindən hücuma məruz qaldığını bildirib:

“Sonuna qədər dayandıq. Dağılışıb evə gedəndə dörd tərəfdən üstümüzə neçə min adam töküldü. Bu əclaflıqdır, vəhşilikdir. Bəzilərinin əlində silah vardı. Nyu-Yorkda, ya digər şəhərlərdə bunu edə bilməzdilər. Biz 50 nəfər idik, onlar 5000 idi. Uşaqların telefonlarını oğurladılar. Biz burda azıq. Ermənilər başıma buzlu su olan butulka atdı, başım əzilib. Mən çox əzilməsə də ciddi xəsarət alan həmvətənlərimiz var. Belə bir hadisənin olacağını bilsəydim, yenə gedərdim”. 


Los Ancelesdə yaşayan ermənilər ötən gün Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun binasını əhatəyə alaraq ölkəmizə qarşı aqressiv və təxribatçı şüarlarla etiraz aksiyası keçiriblər. Kaliforniyada yaşayan Azərbaycan icmasının üzvləri ermənilərin təxribatına mane olublar. 

Ermənilər həmyerlilərimizə qarşı zorakılıq və aqressiya nümayiş etdirməyə başlayıblar. Biri qadın olmaqla 7 həmyerlimiz müxtəlif xəsarətlər alıb, xəsarət alan azərbaycanlılardan 4 nəfər xəstəxanaya müraciət edib. musavat.com Azadpress.az

Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.