Ləki stansiyası - Qəbələ birxətli dəmir yolunun tikinti işlərinə 2018-ci ildə start verilib və tikinti-quraşdırma işlərinin 70%-i tamamlanıb. Tezliklə Bakıdan Qəbələyə qatarla getmək mümkün olacaq.
Azadpress.az xəbər verir ki,layihə üzrə 122 ədəd süni mühəndisi qurğusu, bunlardan 6 ədəd avtomobil alt keçidinin, 2 ədəd heyvan keçidinin və 103 ədəd suötürücü borunun inşası tamamlanıb. Həmçinin layihə üzrə nəzərdə tutulan Ağdaş dəmiryolu dayanacağı və Qəbələ dəmiryolu stansiyalarının tikintisi işləri davam etdirilir.
Bakı-Ləki- Qəbələ dəmiryolunun uzunluğu 280 km təşkil edir. Sürətli qatarla bu yolu 3 saata qət etmək mümkün olacaq.
Azadpress.az
Comentarios