top of page

Bakıda məktəbli özünü üçüncü mərtəbədən atdı





TƏBİB: Özünü məktəbin üçüncü mərtəbəsindən atan şagirdin vəziyyəti ağırdır


Özünü 313 nömrəli məktəbin üçüncü mərtəbəsindən ataraq intihara cəhd edən 9-cu sinif şagirdinin vəziyyəti hazırda ağır-stabil qiymətləndirilir.


Musavat.com xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.


Qeyd olunub ki, məktəbli qapalı kəllə-beyin travması, 12-ci döş fəqərəsinin sınığı və sol baldır sümüyünün açıq sınığı diaqnozu ilə xəstəxanaya çatdırılıb:


“Hazırda onun müalicəsi Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir”.


Xatırladaq ki, məktəb açıqlama yayaraq şagirdin özünü atmadığını, yıxıldığını bəyan etmişdi.

Azadpress.az

コメント


bottom of page