Bakının giriş-çıxışlarında postlar qurulub



Bakı şəhərinin müxtəlif küçə və yollarında stasionar postlar qurulub, sərt karantin rejiminin tələbləri yoxlanılır.

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə açıqlamasında bildirib ki, təmsil etdiyi qurum virusa qarşı mübarizədə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Sərt karantin rejiminin tələblərini pozaraq icazəsz evdən çıxan sürücülər hüquqi məsulliyyətə cəlb olunur.


Bakı DYPİdarəsi sürücülərə və ictimai nəqliyyatdan istifadə edən vətədaşlara müraciət edərək onları qoruyucu vasitələrdən - tibbi maskalardan istifadə etməyə də çağırıb: "Görülən tədbirlərə baxmayaraq, şəhərdə bəzi sürücülər və ictimai nəqliyyatdan istifadə edən vətədaşlar qoruyucu vasitəlrədən istifadə etmir. Virusa yoluxmamaq üçün ilk növbədə qoruyucu maskalardan istifadə edilməsi zəruridir". Azadpress.az

Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.