top of page

Bakıda restoran biznesində artım var


2021-ci ilin yanvar-noyabr aylarında ictimai iaşə dövriyyəsinin həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 20.7% artaraq 574.2 mln. manat olub.

Azadpress.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, Bakı Şəhər Statistika İdarəsinin məlumatına görə, hesabat dövründə hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 421 mln. manat olub. Bu da ümumi dövriyyənin 73.3%-ini təşkil edir.

Qeyd edək ki, pandemiyanın başladığı mart ayından etibarən ölkədə ictimai iaşə dövriyyəsində uzun müddətli geriləmədən sonra ilk dəfə bu ilin iyul ayında dövriyyədə artım qeydə alınmışdı. Təkcə cari ilin oktyabr-noyabr aylarında ictimai iaşə dövriyyəsində 45.6% və ya 180.8 mln. manat artım müşahidə olunub.

Azadpress.az


bottom of page