top of page

Bayden "soyqırımı" niyə indi tanıdı?


Hər dəfə ABŞ da prezident seçkiləri ərəfəsində bu "erməni soyqırım" məsələsi gündəmə gəlirdi. Amma bu dəfə Co Bayden seçki ərəfəsində bu PR dan istifadə etmədi. Görəsən niyə???

Amma bir nüansı da nəzərdən qacırmamalıyıq ki, yaxında Ermənistanda seçkilər olacaq. Düşünsək ki, Paşinyan Sorosun marionetkasıdır, dolayısı ilə ABŞ- ın marionetkası. Son hadisələrdə isə, yəni 44 günlük müharibədə Paşinyanin nüfuzu erməni cəmiyyəti arasında qat-qat aşağı düşüb və bundan istifadə edən Rusiya, erməni müxalifətdə olan öz adamını hakimiyyətə gətirmək üçün dəridən qabıqdan çıxacaq. Əks halda Ermənistan kimi forpost ölkə Rusiyanın əlindən çıxacaq. Bunun nəticəsində də cənubi Qafqaza təsiri sıfıra enəcək. Bu isə hansı rakursdan baxsaq Rusiyaya sərf etmir.

Deməli C. Bayden, Paşinyan əldən çıxmasın deyə belə bir cəfəng siyasi addım atır ki, daim istifadə olmağa alət olmağı adət halı almış erməni "xalqı", seçkilərdə Paşinyana dəstək olsun. Çünki Paşinyan ABŞ-a sərf edir.

Yoxsa ABŞ kimi supergüc olan ölkənin prezidenti, hansısa rəzil bir xalqa görə o boyda Türkiyə kimi güclü müttəfiqi itirmək istəməz və itirməyəcək də...

Elman Telmanoğlu


bottom of page