Belarusda saxlanılan muzdlu döyüşçülər Ermənistana getməli idi?


Ötən həftə Belarusun "Belta" dövlət informasiya agentliyinin verdiyi məlumata görə, Belarus hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən iyulun 29-na keçən gecə Minsk ətrafında xarici özəl hərbi şirkətin 32 döyüşçüsü saxlanılıb.


“Novaya qazeta” həmin muzdlulardan bir qrupunun “Kremlin aşbazı” kimi tanınan oliqarx Aleksandr Priqojinin himayə etdiyi “Vagner” özəl hərbi şirkətinin döyüşçüləri olduğunu təsdiqləyən anket məlumatları əldə edib.

Həmin şəxslərin barələrində məlumat ”Vagnerin ordusu”nun təhlükəsizlik xidmətinin Molkino yaxınlığındakı təlim-məşq düşərgəsində saxladığı anketlərdə yer alır. Saxlanılan yaraqlılardan ən məşhuru 42 yaşlı Andrey Bakunoviçdir. O, 2020-ci il aprelin 24-də ekspertlərin Liviyadakı vəziyyətə dair  BMT Təhlükəsizlik Şurasına təqdim etdikləri hesabatda fiqurantdır. Hesabatda Liviyada feldmaral Haftarın tərəfində döyüşən “Vagner” muzdlularından 122-nin şəxsiyyətinin müəyyən edilməsindən bəhs olunurdu.

Rusiyanın Belarusdakı səfiri Dmitri Mezentsov saxlanılanların Belarus üzərindən tranzit keçməklə İstanbula uçmağı planlaşdırdıqlarını, lakin reysə gecikdiklərini bildirib. Onun sözlərinə görə, həmin şəxslər “obyektlərin mühafizəsi” üçün cəlb edilib və üzərlərində heç bir silah olmayıb.



Rəsmi Minsk “Vaqner” şirkətinin nümayəndələri kimi təqdim edilən bu şəxslərin Belarusda 9 avqustda keçiriləcək prezident seçkiləri öncəsi aranı qarışdırmaq məqsədilə ölkəyə daxil oldduğunu iddia edib.Ancaq Rusiyanın Minskdəki səfiri Dmitri Mezentsev TASS-a açıqlamasında deyib ki, Belarusda saxlanılan rus muzdlu döyüşçüləri İstanbula getməyi planlayırmış.

Səfirin sözlərinə görə, saxlanılan şəxslər Belarusdan tranzit keçidi kimi istifadə ediblər, onlar İstanbul üzərindən üçüncü ölkəyə gedəcəklərmiş. Üçüncü ölkənin adını çəkməyən rus diplomatı saxlanılanların Belarusun daxili işlərinə hər hansı müdaxiləsinin müzakirə mövzusu olmadığını açıqlayıb:“Hələlik dəqiq olmayan informsiyaya görə, həmin şəxslər xarici ölkədə, Belarusdan tamamilə kənarda enerji qaynaqlarını qorumaq üçün təlimatlandırılan özəl təhlükəsizlik şirkətinin işçiləri ola bilər”.

Lakin Belarus DTX-nın sədri Valeriy Vakulçik prezident Lukoşenkonun yanında keçirilən müşavirədə bu iddianı təkzib edib və döyüşçülərin İstanbula uçmaq planlarının olmadığını bildirib.


Ümumilikdə 200 döyüşçü Belarus ərazisindən xüsusi reys təyyarə ilə ehtimal olunur ki,Yerevana uçmağa hazırlaşıblar.Çox güman ki, muzdlular Ermənistan Müdafiə Nazirliyi tərəfindən döyüşmək üçün dəvət olunub. Hazırda erməni ordusunda şəxsi heyət çatışmazlığı,döyüşməyi bacaran əsgərlərin olmaması Ermənistanı muzdluların xidmətindən yararlanmağa məcbur edib. Bu gün Ermənistan ordusunda müqavilə ilə muzdlu xidmət göstərənlər çoxdur. Onların böyük əksəriyyəti cəbhə bölgələrində cəmləşdirilib. Tovuz döyüşlərində də Azərbaycan ordusunun məhv etdiyi hərbçilərin əksəriyyəti muzdlular idi. Bu səbəbdən də Ermənistan asanlıqla itkilərini gizlədə bildi, çünki onların əsgər şərəfi ilə dəfnini həyata keçirmədi.

Ötən həftədən başlayaraq Ermənistan və Rusiya mediasında guya Suriya və Ukraynadan döyüşçulərin Azərbaycana dəstək üçün hazırlandığı şayəsi də bu hadisələrin informasiya dəstəyidir. Bunu etməklə düşmən əvvəldən özünü sığortlayır və gələcəkdə vaqnerçilərin Ermənistan tərəfindən Azərbaycana qarşı döyüşməsi faktını neytrallaşıdırmaq,əsaslandırmaq məqsədini daşıyır. Belarus Dövlət Təhlükəsizlik Komitəsinin təhqiqat proseslərini açıqladıqdan sonra bu məsələyə tam aydınlıq gətirmək mümkün olacaq. Azadpress.az Analitik şöbə


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.