top of page

Belçikada şiddətə məruz qalan azərbaycanlı gənclər danışdı


Ötən gün Belçikada erməni təxribatı nəticəsində döyülən azərbaycanlı gənclər hadisədən sonra sosial şəbəkədə danışıblar. 


Azadpress.az xəbər verir ki, təxribatda xəsarət alan Cahandar Zahidov və Rizvan Aslanov səhhətlərinin yaxşı olduğunu bildiriblər. 

C. Zahidov dostlarının onun üzündə olan qana görə narahat olduqlarını vurğulayıb:

“Hər şey qaydasındadır. O qan şəhidlərimizin hamısına qurban olsun. Biz nə etsək də Vətənə, bizi yetişdirən o torpağa, bizim uğrumuzda canlarından keçənlərə borcumuzu qaytara bilmərik. Xalqımızı səbrli olmağa çağırıram. Heç bir ölkədə hadisə törətməyin. Biz düşmənin qadınına, uşağına əl qaldırmarıq. Ancaq onlar bunu edirlər”. 

bottom of page