top of page

Beyrutdakı partlayışın günahkarı Livan hökumətidir



Livan rəhbərliyi iyul ayında Beyrut limanında təhlükəli yük barədə məlumatlandırılıbmış.

Livanın təhlükəsizlik xidmətləri hələ iyul ayında, partlayışdan iki həftə öncə Beyrut dəniz limanında təhlükəli yükün olması ilə bağlı ölkə Prezidenti Mişel Aunu və avqustun 10-da istefaya gedən Baş nazir Həsən Diabı məlumatlandırıb.


AZƏRTAC Reuters informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Livanın güc strukturlarında olan mənbə məlumat yayıb.

Məlumata görə, ölkə rəhbərliyi liman ərazisində saxlanılan 2,7 min ton ammonium nitratın Livan paytaxtına təhlükə törətməsi barədə xəbərdarlıq edilib. Beyrut limanındakı anbarlarda partlayıcı maddələrin saxlanılması məsələsini araşdıran komissiya iyulun 20-də bu barədə Prezidentə və Baş nazirə rəsmi məktub göndərib. Sənəddə təhlükəli yükün tez bir zamanda limandan çıxarılmalı olduğu bildirilib.


Dəniz limanının direktoru Bədri Daherin sözlərinə görə, Livan gömrüyü və İctimai Təhlükəsizlik İdarəsi də təhlükəli yükün liman ərazisindən çıxarılmasını tələb edib. Lakin bu tələb altı il ərzində yerinə yetirilməyib. Azadpess.az

Comments


bottom of page