“Bir sözlə, filmlərimizdə beynəlxalq dildə danışa bilmədiyimiz üçün ermənilər bizi üstələyib və nəticə də göz qabağındadır”
Azadpress.az xəbər verir ki,bunu Moderator.az-a açıqlamasında kinorejissor Ayaz Salayev deyib.
O, Qarabağ problemiylə bağlı beynəlxalq səviyyədə film çəkə bilmədiyimizi bildirib:
“Biz heç vaxt informasiya müharibəsinin dəyərini ermənilər qədər bilib, dərk etməmişik. Qarabağ mahribəsiylə bağlı filmlərin ssenarilərini yazanda başqa xalqların buna baxmağını və reaksiya verməsini nəzərdə tutmuruq. Biz hər şeyi özümüz bildiyimiz kimi, özümüz üçün edirik. Filmlərimizdə beynəlxalq dildə ağrımızı, dərdimizi çatdırmaq qabiliyyətimiz yoxdur. Bu haqda isə heç düşünülmür, qarşımıza məqsəd qoymuruq. Bir sözlə, filmlərimizdə beynəlxalq dildə danışa bilmədiyimiz üçün ermənilər bizi üstələyib və nəticə də göz qabağındadır. İnformasiya müharibəsində ilk növbədə bu vacibdir”.
Comments