top of page

BNA-nın vəzifəli şəxsi Facebookda vətəndaşları təhdid edir


Artıq xeyli müddətdir ki, Bakı Nəqliyyat Agentliyinin Strateji Planlama departamentinin müdir müavini Hüseyn Abdullayev sosial şəbəkədə məni təhdid etməklə məşğuldur. Bu azmış kimi H.Abdullayevin də admin olduğu "Transport for Baku" səhifəsində işğüzar nüfuzuma xələl gətirən statuslar, foto-video materiallar paylaşılır. Bu təhdid kampaniyasına qoşulan virtual trollar isə söyüş-təhqir kampaniyasına başlayırlar. Əlbəttə, mən bu şəxslərin məsuliyyətə cəlb edilməsinə çalışacağam. Düşünürəm ki, belə adamlar qanun qarşısında cavab verməlidirlər.

Bununla bağlı BNA rəsmisi Mais Ağayevə müraciət etsəm də, məni qane edən cavabı almadım. H.Abdullayevin fərdi düşüncələri olduğunu dedi. Mənə maraqlı gələn odur ki, BNA rəhbərliyi belə insanları necə olur ki, işə qəbul edir?

Məsələ tək mənimlə bitmir, nəqliyyat sektorunda tanınan və dövlətin bu sahədə siyasətini dəstəkləyən şəxslər "Transport for Baku" facebook səhifəsində təhdid edilir. Bu səhifənin avatarı isə Bakı Nəqliyyat Agentliyinin logosundan ibarətdir. İndi mən necə inanım ki, bu trolların Hüseyn Abdullayevə aidiyyatı yoxdur?

Eldəniz Cəfərov


bottom of page