top of page

Britaniyada avtomobil satışı azalıb


Britaniyada yeni minik avtomobillərinin satışları keçən ilin eyni dövrünə nisbətən yanvar ayında 39,5 faiz azalıb.

Trend-in İnterfaks-a istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Avtomobil istehsalçıları və satıcıları cəmiyyəti (SMMT) məlumat yayıb.

Belə ki, "COVID-19" pandemiyası səbəbindən salonların bağlı qaldığı üçün ölkədə qeydiyyatdan yalnız 90.249 yeni avtomobil keçib. Hesabat bunun 1970-ci ildən ən zəif il başlanğıcı olduğunu bildirir.

Dizel mühərrikli avtomobillərin satışı yanvar ayında 62,1 faiz (11,08 min), benzin mühərrikli avtomobillərin satışı isə 50,6 faiz (44,9 min) azalıb. Elektrikli nəqliyyat vasitələrinin satışları (hibrid avtomobillər xaric) 54,4 faiz artaraq 6,26 minə çatıb.

Ötən ay Böyük Britaniyada ən populyar avtomobillər "Vauxhall Corsa" (3.08 min), "Kia Sportage" (demək olar ki, 3 min) və "Nissan Qashaqai" (2.8 min) olub.

Qeyd edək ki, son on ildə ölkədə avtomobillərin orta illik satış göstəricisi 2,3 milyon təşkil edir.

bottom of page