Bu gün daha bir avtobus yandı




Şəhərin mərkəzində "Bakubus" avtobusu yandı.


Bu gün axşam saat 22:00 radələrində "Sahil" metrostansiyası yaxınlığında “BakuBus” MMC-nin istismarında olan müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusda yanğın hadisəsi olub.


Yanğın zamanı xoşbəxtlikdən avtobusda sərnişin olmayıb.

Musavat.com xəbər verir ki, hadisə zamanı sürücü dərhal avtobusda su şırnağı vasitəsiylə yanğının böyüməsinin qarşısını alıb.


Xatırladaq ki, artıq “BakuBus” MMC-yə aid olan avtobuslarda tez-tez yanğın hadisəsi baş verir. Ay ərzində 3 avtobus yanıb.

Azadpress.az

Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.