Bu rayonun İcra başçısı təşvişə düşüb



Bir neçə gün əvvəl sosial şəbəkələrdə Dövlət Təhlükəsizliyi Xidmətinin korrupsionerlərə qarşı keçirdiyi xüsusi əməliyyatdan sonra Tərtər rayon İH başçısı Müstəqim Məmmədov bütün maaş kartlarının icma xidmətində olan insanlara qaytarılmasına əmr etdiyi yayılıb.


Azadpress.az Virtualaz.org-a istinadən xəbər verir ki,rayon rəhbəri yayılan şayiələri şəxsən təkzib etməyə tələsib.

“Bizim ərazidə belə qanunsuz hərəkətlər ola bilməz. Heç vaxt yoxsul insanların çörəyini mənimsəməmişik. Həqiqətən bölgədə belə qanun pozuntularımız varsa, onlar tapılacaq və qanun qarşısında cavab verəcəyik", Müstəqim Məmmədov yerli mediaya açıqlamasında belə deyib.

Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.