top of page

"Cərimə 50 manatdan 20 manata endirilsin"-Millət vəkili


Milli Məclisdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirə edildi. Qanun layihəsində qoruyucu maskadan istifadə olunmamsına görə cərimələrin nəzərdə tutulması əksini tapır.

Komitə sədri Musa Quliyev qoruyucu maskadan istifadə etməyənlərin 50 manat cərimələnməsinə qarşı çıxdı. O ildirdi ki, bu, yüksək məbləğdir. Ona görə də cərimənin 20 manat həcmində müəyyənləşməsini təklif etdi: “Qanunu pozanların çoxu elə pulu olmayan adamlar olur, pulu olanlar qanunu pozmur”.

Deputat Naqif Həmzəyev də cərimənin məbləğinin yüksək olduğunu söylədi: “Gənclər və tələbərləri də nəzərə almalıyıq. Onların 50 manata gücü çatmayacaq”. Azadpress.az

Comments


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page