“Ermənistanın Azərbaycan ordusu tərəfindən məhv edilən 1 ədəd “S-300” hava hücumundan müdafiə sisteminin qiyməti 115 milyon, “SU-25” döyüş təyyarəsinin qiyməti isə 11 milyon dollardır”.
Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı, ADR Hərəkatının sədri Qubad İbadoğlu deyib.
Onun sözlərinə görə, Azərbaycanın rəşadətli ordusu düşmənin strateji obyektlərinin və infrastrukturunun, eləcə də döyüş texnikasının sıradan çıxarılması taktikası ilə döyüşür:
“Bununla da dinc əhalinin təhlükəsizliyi prinsiplərinə sadiqliyini nümayiş etdirir, həm də ağıllı və ardıcıl hərbi strategiya yeridir. Ötən günlər ərzində sıradan çıxan ən əhəmiyyətli döyüş texnikası “SU -25” (təlaş içərisində idarəetməni itirərək dağa çırpılıb) və “S-300” zenit-raket qurğusudur. “SU-25” döyüş təyyarəsinin qiyməti 11 milyon dollardır.
“S-300” raket qurğusu Azərbaycan ordusunun dəqiq zərbəsi ilə Xocalı rayonunun Şuşakənd ərazisində məhv edilib. Bu qurğu hədəfləri 47 kilometrdən 150 kilometrə qədər məsafədə vurma, hava obyektlərini isə 120 km-dən 300 km-ə qədər məsafədə aşkar etmək imkanına malik idi. Qiyməti 115 milyon dollardır.
Bundan əlavə, Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən dünən gün ərzində saat 17:30-dək düşmənin 2 ədəd “OSA-AKM” zenit-raket kompleksinin döyüş maşını, 1 ədəd BM-21 “Uraqan” yaylım atəşli reaktiv sistemi, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 4 ədəd “D-20” haubitsa-topu, 16 ədəd tank, 1 ədəd piyadanın döyüş maşını və şəxsi heyətlə 2 ədəd yük maşını məhv edilib və sıradan çıxarılıb”. Azadpress.az
Commenti