Haqqin.az və virtualaz.org saytlarının araşdırmaları sayəsində biz ən azı dostumuzu və düşmənimizi tanıyırıq. Bu saytlarda yer alan yeni araşdırma yazısına görə, işğalçı Ermənistana silah-sursat yardımı edən ölkələrdən biri də İordaniyadır.
Virtualaz.org bildirir ki, bunu millət vəkili Fazil Mustafa öz Facebook səhifəsində yazıb.
Deputat bildirib ki, əgər bu fakt sübuta yetirilsə, uzun illər üzvü olduğu Azərbaycan-İordaniya parlamentlərarası işçi qrupunun tərkibindən istefa verəcək: “Mən bütün ibadətlərini yerinə yetirən inanclı bir müsəlmanam, əgər kimsə qardaşım dediyi müsəlmanı öldürmək üçün onun düşməninə silah verirsə, yardım edirsə, ora maşınlarla ərzaq və yanacaq daşıyırsa, mənim üçün ermənidən də təhlükəlidir... İordaniya bölgədə xüsusi marağı olmayan, marağı olsa belə, bunu Azərbaycan vasitəsi ilə daha rahatlıqla təmin edə biləcək bir dövlətdir. Dümənimizə yardımı sübut olunsa, biz buna ancaq xəyanət deyəcəyik”. Azadpress.az
Comments