top of page

Deputat Fəttah Heydərov vəfat edib



Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, parlamentin Hesablayıcı Komissiyasının sədri Fəttah Heydərov vəfat edib. Mərhum 1-ci Xiyabanda dəfn ediləcək.

Bu barədə Milli Məclisdən məlumat verilib.

F. Heydərov 1990-1995–ci illərdə Naxçıvan MR Ali Sovetinin deputatı olub. Azərbaycan Respublikası I (1995-ci il), II (2000-ci il), III (2005-ci il) IV (2010-cu il) çağırış Milli Məclisinin deputatı olub. 1 noyabr 2015-ci il tarixində Azərbaycan Respublikası V çağırış Milli Məclisinin deputatı seçilib. Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, Regional Məsələlər Komitəsinin sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri olub. O, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun atasıdır.



bottom of page