top of page

Donald Trampın tərəfdarları Konqresə daxil oldu




ABŞ Prezidenti Donald Trampın tərəfdarları Konqres binasına girməyə nail olublar.


Musavat.com bu barədə ölkə mediasına istinadən xəbər verir.


Bildirilib ki, Konqres binası qarşısında Trampın tərəfdarları ilə polis arasında qarşıdurma baş verib. Kütlə binaya girməyə cəhd edib və buna nail olub.


Binanın mühafizəsi üçün əlavə polis qüvvələri cəlb edilib. Hazırda vəziyyət gərgin olaraq qalır.


Qeyd edək ki, bundan əvvəl ABŞ Konqresində seçkilərin nəticələrinin təsdiqlənməsinə dair etirazlarla bağlı müzakirələr aparılıb. Bir qrup senator Arizona çtatında seçici səsinin təsdiqlənməsinə etiraz edib. Bundan sonra, Konqresin ümumi iclasına rəhbərlik edən vitse-prezident Mayk Pens iclasın qapalı olduğunu, palatalarında etirazları ayrı-ayrılıqda müzakirə edəcəyini və müvafiq səsvermə keçirəcəyini bildirmişdi.


***


Musavat.com xəbər verir ki, etirazçılar Konqres binasına daxil olduqlarına görə həm Senat, həm də nümayəndələr palatasının üzvləri binadan təxliyə edilib. Konqres binasına yaxın yerləşən daha iki binada da təxliyyə işləri aparılıb.


bottom of page