Ehtiyatda olan zabitlər ön cəbhəyə getmək istəyirlər



Ramaldanov başda olmaqla 74 hərbçi Prezidentə müraciət etdi.

702 nömrəli hərbi hissənin müharibə iştirak etmiş, ehtiyatda olan bütün keçmiş zabitləri, gizirləri və əsgərləri ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevə və Müdafiə naziri Zakir Həsənova müraciət edib.


Müraciətdə bildirilir ki, onlar müharibə başladığı təqdirdə torpaqlarımızın azadlığı və bütövlüyü naminə ön cəbhədə döyüşməyə hazırdırlar: “Biz Qarabağ torpaqlarını yaxşı tanıyırıq və hər qarışına bələdik. Döyüş başladığı halda bizi ön cəbhəyə göndərməyinizi 702 nömrəli hərbi hissənin qaziləri adından xahiş edirik. Ümid edirik və inanırıq ki, sizin başçılığınızla birgə Qarabağ konflikti torpaqlarımızı xilas etməyimizlə nəticələnəcək”.


Onlar həmçinin Daxili İşlər Naziri Vilayət Eyvazova da müraciət edərək bildiriblər ki, əsgərlərə dəstək mitinqindəki baş verən təxribatların səbəbkarları tapılsın və ən ağır formada cəzalandırılsın: “Biz 90-cı illərdəki baş verən daxili çaxnaşmaların yenidən olmamağını, mənfur qüvvələrin təxribatlarının qarşısının alınmağını arzulayırıq. Sizə güvəndiyimizi, inandığımızı bilməyinizi istəyirik”.

Azadpress.az

Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.