top of page

Elman Telmanoğlu: "IP sayını qaldırmaq üçün dezinformasiya paylaşanlar..."



Tanınmış telejurnalist Elman Telmanoğlu dezinformasiya yayan bəzi media təmsilçəlirini sərt təndiq edib. Xüsusən də o,cəbhədəki vəziyyətlə bağlı doğru olmayan məlumatıarı tirajlayan jurnalistləri qınayıb.


"Jurnalist- xəbər və ya digər cari məlumatları toplayan, yazan və ya ictimaiyyətlə paylaşan bir şəxsdir. Daha öz saytlarının IP sayını qaldırmaq üçün dezinformasiya paylaşan, vətəndaşlarda çaşqınlıq yaradan, damarında axan qanın tərkibindəki vicdan, namus, qeyrət, şərəf toxumalarından xəbəri olmayan ünsür yox. Təklif edirəm ki, bu cür "xəbər saytlarını" və həmin xəbəri paylaşan və ya yazan "jurnalisti" cinayət məsuliyyətinə cəlb edilsin. Ələxsus da vətənpərvərlik, hərbi mövzuda olan məlumatlar, milli maraqlar, şəxsiyyətin alçaldılmasına, yönəlik xəbərləri...

Üzümü tuturam bu cür "jurnalistlərə" utanın, abır-həyanız olsun, bəsdirin, heç olmasa bu cür həssas vaxtlarda gedin öz bacardığınız işlə məşğul olun...

Bu məxluqatların cəzası verilməlidir. Xırda səhv öz cəzasını görmədikdə, böyük cinayətlərə aparıb çıxardır..

Əziz dostlar, oxucular, qardaş və bacılar sizdən xahiş edirəm, hər oxuduğunuz xəbəri paylaşmayın, heç olmasa girin sayta baxın görün bu sayt gün, həftə və ay ərzində neçə xəbər paylaşıb. Çünki bu cür saytlar ancaq belə həssas məqamlarda aktivləşirlər..."

bottom of page