top of page

Elman Telmanoğlu: "Sizə uğurlar, Space TV!"



Yadımda qalanı son 10 ildə bu gün ilk dəfə idi ki, Space TV yə 2-3 saat dayanmadan baxmışam.

Bunu yazmaqda məqsədim Space TV -ni yalnız tərifləmək deyil. Sadəcə düzə düz düşüncələrimi paylaşmaqdır. Bu kanalın bu cür sıçrayışla inkişafında əməyi keçən hər bir nəfərə ayrı ayrılıqda öz dərin təşəkkürümü bildirirəm. Kanalın yayın kefiyyətindən tutmuş, verilişlərinin çəkiliş keyfiyyəti, rəng keyfiyyəti, anonsların keyfiyyəti və kəmiyyətinə söz ola bilməz. Düzdür xırda çatışmazlıqlar var, amma mənə elə gəlir ki, az bir zaman kəsiyində bu cür uğur əldə olunubsa, yaxın zamanlarda daha da inkişaf olacaq. Çünki bir kanalın itmiş nüfuzunu qısa bir zamanda bərpa etmək çox çətin bir prosesdir. Bunu televiziuaçılar yaxşı bilir. Əminəm ki, yaxın zamanlarda heyət bu çətin işin öhdəsindən gələcək. Qeyd etdiklərimi 20 illik TV təcrübəmə arxalanaraq yazıram və bunu anlayışla qəbul etmələrini rica edirəm.

Tənqid etmək asandır, amma arada yerli Tərif də etməlisən ki, əziyyət çəkən hər bir yaradıcı insan çəkdiyi əziyyətin boşa getmədiyini bilsin. Sizə uğurlar, Space TV!.


Elman Telmanoğlu

TV tənqidçi

bottom of page