top of page

Emmanuel Makron yenə də Türkiyə ilə bağlı ağır ifadələr işlədib


Fransa prezidenti Emmanuel Makron Türkiyəyə qarşı nifrət dolu çıxışlarını davam etdirib

Musavat.com xarici agentliklərə istinadən verdiyi xəbərdə Fransa lideri bir daha Aralıq dənizində Türkiyə və Yunanıstan arasında baş verən münaqişədə rəsmi Afinanı birmənalı olaraq dəstəklədiklərii ifadə edib.

Emmanuel Makron bununla bağlı düşüncələrini “Luqano-Yaxın Şərq-Aralıq dənizi” adı ilə keçirilən foruma göndərdiyi görüntülü mesajda da təkrarlayıb.

Fransa rəhbəri Aralıq dənizində yeni bir sülh formalaşdırılmasının vacibliyini vurğulayıb. ABŞ və NATO-nun bölgədən çəkilməsi ilə birlikdə burada böyük bir boşluq yarandığını ifadə edən E. Makron birdən-birə Türkiyənin üzərinə gəlib.

“Bir şəkildə ABŞ və NATO-nun çəkilməsi ilə birilkdə regional imperial güclər öz tarixlərindəki fentezilərinə geri qayıtmaq xəyalı qurmağa başladılar. Burada birbaşa Türkiyəni nəzərdə tuturam”,-deyə o belə bir ifadə işlədib.

Qeyd etmək lazımdır ki, Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan Beştepe Konqres və Mədəniyyət Mərkəzində təşkil edilən “2020-2021-ci il ədliyyə ili" açılış mərasmindəki çıxışında Fransanın Aralıq dənizinin sərvətlərinə əl qoymaq istəyən müasir müstəmləkəçi olduğunu deyib.

“Afrikadan Cənubi Amerikaya qədər sümürmədikləri yer, qətl etmədikləri xalq, zülm etmədikləri insan buraxmayanların dövrü sona çatır. Nə edirlərsə, etsinlər, ədalət oyanışını dayandırmağı bacarmayacaqlar”,-deyə Türkiyə prezidenti fransalı həmkarına cavab verib.

bottom of page