Livanın Nyu TV (New TV) kanalının erməni əsilli aparıcısı Nehsan Ter-Arutyunyanın Türkiyəyə qarşı təhqiredici ifadələrinə ölkə ictimaiyyəti tərəfindən kəskin reaksiya verilib.
Axar.az xəbər verir ki, bu məlumatı “Anadolu” agentliyi yayıb. Məlumata görə, Ter-Arutyunyanın açıqlaması xüsusilə sosial şəbəkələrdə narazılığı artırıb.
Bununla bərabər Beyrut və Tripoli şəhərlərində də böyük aksiyalar keçirilib. Nümayiş iştirakçıları Ərdoğan, Türkiyə və Osmanlı dövləti lehinə şüarlar səsləndiriblər. Azadpress.az
Comments