top of page

Erməni millətçiləri rus əsgərlərinə qarşı



Vazgen Manukyan: "Ermənistanın təhlükəsizliyini Rusiya qoşunları deyil, erməni əsgəri təmin etməlidir"


“Biz hər şeydən öncə ordunu bərpa etməli, təhlükəsizliyimizi təmin etməliyik”.


Ermənistan müxalifətinin İrəvanda keçirdiyi mitinqdə “Vətəni xilas uğrunda hərəkat”ın baş nazir postuna namizədi Vazgen Manukyan Rusiya əleyhinə çıxış edib.


Onun sözlərinə görə, orduda ciddi struktur dəyişiklikləri aparılmalı, çağırışçılarla bağlı problemlər həll olunmalıdır. Vazgen Manukyan bunun üçün keçmiş müdafiə naziri Seyran Ohanyanla məsləhətləşdiklərini deyib.

Erməni müxalifətçi Türkiyəyə qarşı olan istənilən qüvvə- Rusiya, Çin və ya İranla əməkdaşlığın vacib olduğunu bildirib.


“Əvvəl-axır bizim hər dövlətlə münasibətimiz qurulacaq. Lakin indiki kölə şərtlərlə deyil, bizim diktə etdiyimiz şərtlər daxilində...Ona görə də kim Türkiyə ilə mücadilə edirsə bizim müttəfiqimizdir. Heç kim bizim taleyimizi həll edə bilməz.”,-deyə o qeyd edib. Azadpress.az

Comments


bottom of page