Ermənilər Mingəçevirə üç raket atıblar



Ermənilərin atdığı raketlərdən biri Mingəçevir istilik elektrik stansiyasının qarşısına düşüb


Bu gün axşam saatlarında Ermənistan silahlı qüvvələri Mingəçevir istilik elektrik stansiyasını (İES) hədəf alıblar.


Azadpress.az xəbər verir ki, bununla bağlı Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabındakı paylaşımında bildirib.

Atılan raketlərdən biri İES-in qarşısına düşüb.Lakin raket partlamayıb.


Qeyd edək ki, hadisə ilə bağlı məlumat yayan Baş Prokurorluq bildirib ki, Mingəçevirə 3 raket atılıb. Onlardan ikisi partlamayıb. Partlamayan raketlərdən biri Mingəçevir İES MMC-nin qarşısına düşüb.

Azadpress.az

Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.